​“Azerçay” qlobal kosmik tədbirin dəstəkçisi oldu - FOTO

Milli marka “Azerçay”, Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda 2-6 oktyabr tarixlərində qlobal kosmik tədbirdə iştirak etdi.

NASA, “JAXA” kosmik, “AIRBUS”, “Tesla”, kimi böyük şirkətlərin eləcə də “Türkiye Uzay Ajansı”nın qatıldığı konqresdə “Azərsun Holdinq”in çay markası iştirakçıları çaya qonaq edib. Konqresin keçirildiyi günlərdə “Azerçay” iştirakçıların böyük rəğbətini qazanıb.

Bununla bərabər doğma çay “Gülüstan” Sarayında təşkil olunmuş qala gecəsinin çay təminatçısı olaraq qonaqların zövqünü oxşayıb.

Bir sıra beynəlxalq tədbirlərdə uğurla iştirak edən şirkətlər qrupunun markaları ənənəsinə sadiq qalacaq.

Qeyd edək ki, keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən 100 faiz təbii “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR