"HƏMAS"ın basqın etdiyi festivalın görüntüsü - VİDEO

İsraildə “HƏMAS”ın "Süpernova" festivalına etdiyi hücumun ilk dəqiqələrinin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-də müxtəlif videolar yer alıb.

Kadrlarda festival iştirakçılarının hücumdan əvvəl baş verəcəklərdən xəbərsiz rəqs edib, əyləndiyi əks olunub.

Xatırladaq ki, "HƏMAS"ın hədəfinə çevrilən "Süpernova" festivalı ərazisində 250-dən artıq meyit aşkarlanıb. 100-dən çox yerli və xarici iştirakçıların isə “HƏMAS” tərəfindən əsir götürüldüyü bildirilib.

Məlumat üçün bildirək ki, oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” qruplaşması "Əqsa Tufanı əməliyyatı" adı altında İsrailə hücum edib.Genişmiqyaslı hərbi əməliyyatlar zamanı İsrailin şəhərləri bombalanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR