İsrail ilk dəfə bu qədər əsgəri səfərbər etdi - RƏQƏMLƏR

İsrail ordusu səfərbər etdiyi əsgər sayını açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Daniel Həcəri açıqlamasında bildirib ki, 48 saat ərzində 300 min ehtiyatda olan əsgər səfərbər edilib.

"Biz heç vaxt bu qədər tez ehtiyatda olan əsgərləri səfərbər etməmişdik”.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR