Kadırovdan Fələstin münaqişəsi ilə bağlı diqqətçəkən təklif - "Ordum hazırdır"

Çeçenistanın rəhbəri Ramazan Kadırov Fələstin-İsrail münaqişəsi ilə bağlı diqqətçəkən təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, tabeliyində olan qoşunları regiona göndərməyə hazırdır. Kadırov sülhməramlı kimi əsgərlərini Qüds və Qəzzaya göndərə biləcəyini bəyan edib.

"Beynəlxalq ictimaiyyəti Fələstindəki vəziyyətlə bağlı azı bir dəfə yekdil və ədalətli qərar qəbul etməyə çağırıram. Müsəlman ölkələrinin liderlərinə də müraciət edirəm. Koalisiya yaradın və dost dediyiniz şəxsləri, Avropanı və bütün Qərbi çağırın. Onlar yaraqlıları məhv etmək bəhanəsi ilə dinc əhalini bombalamasınlar. Müharibəni daha da qızışmazdan dayandırmağa çağırıram. Lazım gələrsə, bölmələrimiz asayişi qorumaq və problem yaradanlara qarşı mübarizə aparmaq üçün sülhməramlı qüvvələr kimi fəaliyyət göstərməyə hazırdırlar. Əsgərlərimi Qüdsə və Qəzzaya sülhməramlı olaraq göndərməyə hazıram."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR