Bu ölkənin kəşfiyyatı hücumdan xəbərdar imiş - "İsrailə demişdik"

Misir kəşfiyyatı dəfələrlə HƏMAS-ın “çox böyük bir şey” planlaşdırdığı barədə İsrailə xəbərdarlıq edib, lakin İsrail Misirin xəbərdarlığına qulaq asmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi adının açıqlanmasını istəməyən Misir kəşfiyyatının rəsmisi ilə danışıb. Misir kəşfiyyatının nümayəndəsi HƏMAS-ın Qəzzadan İsrailə qarşı başlatdığı hərtərəfli hücumla bağlı İsraili əvvəlcədən xəbərdar etdiklərini bildirib. O, “İsraillilərə vəziyyətin partlayış həddinə çatdığı və bunun belə olacağı ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdik” deyə bildirib.

Qeyd edək ki, İsrail baş nazirinin ofisi iddiaları təkzib edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR