Noyabrın PULLU BÜRCLƏRİ: Dollar içində üzəcəklər

Noyabr ayı ilə bağlı astroloqlar ürəkaçan proqnozlar veriblər. İqtisadi dalğalanmaların, çətinliklərin hökm sürdüyü bir dövrdə bəzi bürclər ulduzların işığı altında parlayacaq.

Metbuat.az noyabrın parlaq bürcləri haqqında məlumatı təqdim edir:

Gələn ay Tərəzi üçün maliyyə baxımından məhsuldar dövrdür. Ayın əvvəlindən başlayaraq Marsın müsbət enerjisi ilə yeni iş təklifləri və investisiya imkanları ilə qarşılaşa bilərsiniz. Ancaq 20-30 noyabr tarixləri arasında Veneranın enerjisi nəticəsində gözlənilməz maliyyə sürprizləri yaşaya bilərsiniz. Diqqətli olun, qazanclı çıxacaqsınız.

Qız bürcünü də noyabr ayında müsbət maliyyə uğurları gözləməkdədir. 15-25 Noyabr tarixləri arasında Yupiterin müsbət enerjisi ilə böyük maddi qazanc əldə edə bilərsiniz .

Bu dövrdə qənaətlə bağlı diqqətli addımlar atmalı, gələcək planlarınızı gözdən keçirməlisiniz. Bundan əlavə, ailənizdən də maliyyə məsələlərində dəstək gözlənilir. Ancaq ani qərarlar verməməli və sərmayələrinizi ekspert rəyləri əsasında dəyərləndirməlisiniz.

Qoç noyabr ayına enerjili başlayacaq. Xüsusilə 10-20 noyabr tarixləri arasında Marsın müsbət təsiri ilə iş imkanları sizi izləyəcək. Ancaq enerjinizin yüksək olacağı bu dövrdə maliyyə məsələlərində qəfil qərarlar verməkdən çəkinin

Buğa üçün noyabr ayı gözlənilməz maliyyə sürprizləri ilə doludur. Ayın ilk həftələrində, xüsusilə 1-10 Noyabr arasında verdiyiniz borclar sizə geri qayıdacaq. 15-25 Noyabr tarixləri arasında Veneranın müsbət enerjisi ilə ailə daxilində maddi məsələlərdə dəstək alacaqsınız . Ancaq bu gəlirləri düzgün qiymətləndirmək üçün maliyyə planlaması etməli və gələcək üçün investisiyalarınızı nəzərdən keçirməlisiniz.

Noyabr ayı Əkizlər üçün olduqca qazanclı keçəcək. Xüsusilə “freelance”iş sahəsində işləyən Əkizlər üçün yeni layihələr, iş təklifləri və yaradıcı ideyalarla dolu bir ay olacaq. 10-20 Noyabr tarixləri arasında Merkurinin müsbət mövqeyi sayəsində maddi durumunuz qənətbəxş olacaq. Bununla belə, bu təkliflərin təfərrüatlarını diqqətlə araşdırmanız və riskləri qiymətləndirməniz vacibdir.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR