Şagirdlərin elektron məlumatları ilə bağlı “Təqvim planı” təsdiqləndi

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2023/2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı”nı təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.

Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR