Türkiyə klublarının istədiyi Hazard yekun qərarını verdi - Sürpriz seçim

Eden Hazard futbol karyerasını yekunlaşdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə İtalyan jurnalist Fabrizio Romano məlumat verib. Qeyd edək ki, Eden Hazard “İnter Mayami”, Türkiyə klubları və Səudiyyə Ərəbistanı klublarının diqqətində idi. Eden Hazard futbol karyerasını yekunlaşdırması ilə bağlı qeyd edib:

"Özünü dinləməli və doğru zamanda dayan deməlisən. 16 il və 700-dən çox matçdan sonra peşəkar futbolçu karyeramı bitirmək qərarına gəldim. Mən öz arzumu həyata keçirə bildim, dünyanın bir çox klublarımda oynadım və əyləndim. Karyeram boyu böyük menecerlər, məşqçilər və komanda yoldaşları ilə tanış olmaq mənə nəsib olub - xoş günlər üçün hər kəsə təşəkkür edirəm, hamınız üçün darıxacağam. Oynadığım klublara da təşəkkür edirəm: “LOSC”, “Chelsea” və “Real Madrid” və Belçika seçiminə görə RBFA-ya təşəkkür edirəm. Bütün bu illər ərzində məni izləyən və harada oynamağımdan asılı olmayaraq, mənə dəstək olan azarkeşlərimə çox təşəkkür edirəm."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR