​“MədəniyyətimİZ”in növbəti qonaqları Fidan və Xuraman Qasımovalar olacaq

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin növbəti qonaqları xalq artistləri Fidan və Xuraman Qasımovalar olacaq.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, tədbir 17 oktyabr, saat 19:00-da Bakı Muğam Mərkəzində keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilən görüşdə Ulu Öndər Heydər Əliyevin peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri, milli vokal məktəbinin yaranması və klassik ifaçılıq üslubunun təbliği, akademik pedaqoji fəaliyyət və peşəkar yanaşmanın tətbiqindən bəhs ediləcək. Tədbir müddətində həmçinin “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyev amili”, “Dünya opera sənətinin tədrisində inkişaf perspektivləri” və “Dahi liderlə ən səmimi anlar” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Görüşün bədii hissəsində əməkdar artistlər Rəna Ağayeva və Nigar Məlikovanın pianoda müşayiəti ilə xalq artisti Samir Cəfərov, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Aqşin Abdullayev və Akedemik Opera və Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/hkrvG


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR