"Ermənistan "3+3" formatında görüşlərə hazırdır" - Paşinyan

Ermənistan "3+3" formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televizyaya müsahibəsində deyib.

“Vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, - o vurğulayıb.

Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR