Lotereyada 100 milyon udan azərbaycanlı kimdir? - FOTO

Rusiyanın Soçi şəhərində yaşayan həmyerlimiz Azər Musayev lotereyada 100 milyon rubl (1 milyon dollar) udub.

Metbuat.az xəbər verir ki, Azər Musayev bileti ötən ay alıb. O şansını yerindəcə sınayıb. İlk iki bileti uduşsuz olan Azər, üçüncü bileti alıb. Əvvəlcə yuxarı cərgədəki rəqəmlərin üzərini silən həmyerlimiz, 5 milyon rubl qazandığını müşahidə edəndə digər rəqəmlərin üzərini silməyi dayandırıb. Lakin satıcıya bileti təqdim edəndə o əslində daha çox mükafat qazandığını öyrənib. Satıcı bileti yoxladıqdan sonra ona 100 milyon rubl qazandığını bildirib.

Qeyd edək ki, Azər Musayev Soçidə inşaatçı işləyir. Azər Musayev bildirib ki, udduğu mükafatla yaxınlarına kömək edəcək, evini təmir etdirəcək və avtomobilini yeniləyəcək. Ailə başçısı oğluna təmtəraqlı toy edəcəyini qeyd edib. MDB ölkələrini gəzməyi sevən Azər Musayev tez-tez Azərbaycana da gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR