Qaydaları pozub polisə tabe olmayan sürücüyə bu cəza verildi

Bakıda davamlı olaraq qayda pozuntuları edən sürücüyə 15 sutka inzibati həbs cəzası verilib.

Metbuat.az xəbər verir ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində qəbul edilib.

Bildirilib ki, hadisə paytaxtın Babək prospektində qeydə alınıb. Prospekt istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə "saxla" əmri verilməsinə baxmayaraq ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozduğuna görə saxlanılıb. Ancaq saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib.

Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə təhvil verilib. Barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmə onun 15 sutka müddətinə inzibati həbs edilməsi barədə qərar qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR