İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı bəyanat qəbul edlildi - YENİLƏNİB

Milli Məclisin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Metbuat.az xəbər verir ki, bəyanatın mətnini deputat Hikmət Babaoğlu oxuyub.

Bəyanat səsverməyə qoyularaq qəbul edilib. Deputatlar bəyanatın qəbulunu ayaqüstə alqışlayıblar.

11:17

"Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib".

Metuat.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı formalaşıb: “Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artıb”.

Sonra Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

11:02

Milli Məclisin payız sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

Metbuat.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.

Toplantıda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunacaq.

09:26

Bu gün Milli Məclisin xüsusi iclası keçiriləcək.

Metbuat.az xəbər verir ki, toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR