Bu ölkənin əsgərləri İsraillə birlikdə Qəzzaya girəcək - Qorxulu plan

ABŞ-ın İsrailə dəstəyinin təkcə sursatla yekunlaşmayacağı, ABŞ xüsusi təyinatlılarının Qəzzada girovların xilas edilməsi əməliyyatlarına qatılacağı iddia edilib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin “Messenger” xəbər saytı məlumat verib. “Messenger” iki ordu rəsmisinə əsaslanaraq bildirib ki, Pentaqon HƏMAS-ın əlində olan girovları xilas etmək üçün bölgəyə xüsusi bölmələr yerləşdirməyə hazırlaşır. HƏMAS-ın 150-dən çox israillini girov götürdüyü və Qəzzaya qaçırılanlar arasında 20 amerikalının olduğu təxmin edilir. İddialara görə, Avropadakı bazalarda yerləşdirilən Amerika xüsusi təyinatlıları artıq döyüş hazırlığı vəziyyətinə gətirilib. Məlumatda deyilir ki, əməliyyatda iştirak edəcəyi iddia edilən "Delta Forces" və donanmanın "Seal bölmələri" girovların xilas edilməsi üzrə mütəxəssis hərbçilərdir.

Qeyd edək ki, HƏMAS-ın hücumlarından sonra bir qrup amerikalı ekspert kəşfiyyat məlumatlarını bölüşmək və mümkün girovların xilas edilməsi əməliyyatını planlaşdırmaq üçün İsrailə gedib. Vaşinqton həmçinin İsrailə dəstək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni və ən qabaqcıl təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford"u bölgəyə göndərib. Dünyanın ən böyük döyüş gəmisi 90 təyyarə daşımaq gücünə malikdir.

“USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisi də əvvəlcədən planlaşdırılmış missiyasının bir hissəsi olaraq Avropaya yola düşüb. Pentaqon bildirib ki, lazım gələrsə, gəmi İsrail sahillərinə yerləşdirilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR