Bakının bu rayonlarında qaz olmayacaq

“Pirəkəşkül” QPS-də separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:30-dan işlər başa çatanadək “Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır“.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR