Karyerasını bitirən Hazarda bu klubdan inanılmaz təklif - Geri qayıdır?

Peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayan Eden Hazard yenidən futbola qayıda bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Vest Hem Yunayted"in köməkçi məşqçisi Kevin Nolan açıqlama verib. O belçikalı ulduzun yenidən futbola qayıda biləcəyini bildirib. Nolan Hazardın "Vest Hem Yunayted"ə transfer olmasını istəyib.

“O, gəlib cəhd etmək istəsə, mən də razı olaram. Baş məşqçi David Moyesin nə düşünəcəyini bilmirəm, amma cəhd etmək istərdim. Onun 32 yaşında təqaüdə çıxmaq qərarına gəlməsi təəccüblüdür. Düzünü desəm, onun keyfiyyətinə malik birisi daha uzun illər yüksək səviyyədə oynaya bilərdi

Hazarda futbolu tərk edən, lakin sonradan geri qayıdan Pol Skoulzu misal çəkən Nolan "Ona Ser Aleks Ferqyusondan zəng gəldi və "Bəli, qayıdacağam" dedi. Məncə, belə bir Hazard ilə də bir şey ola bilər" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR