Ançelotti Ardanın bu davranışından sonra məşqi dayandırdı

"Real Madrid"in futbolçusu Arda Güler zədəsini tam sağaldıb.

Metbuat.az xəbər verir ki, Arda komanda ilə birgə məşqlər edir. Məlumata görə, məşqdə yüksək temp nümayiş etdirən Arda, əsas heyətdə oynamağa hazır olduğu mesajını verib. Bildirilir ki, Məşqdə oynadığı matçda ötürmə aldıqdan sonra hərəkətə keçən Arda topla driblinq edərək iki müdafiəçini mübarizədən kənarlaşdırıb və sol ayağı ilə gözəl qola imza atıb. Bu zaman italiyalı baş məşqçi Karlo Ançelotti matçı dayandıraraq Ardayla söhbətləşib. Ançelotti Ardanın qoluna görə gülümsəyərək onu təbrik edib.

Qeyd edək ki, Arda Gülerin icarəyə göndərilməsi gündəmdə olsa da, Karlo Ançelotti qarşı çıxıb. Ardanın əsas heyətdə yer alacağı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR