İsraildən 70-dən çox Azərbaycan vətəndaşı Bakıya yola salınıb

İsraildən 72 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, onlar oktyabrın 12-13-də Azərbaycanın İsraildəki Səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində Mahaçqala, Dubay şəhərləri üzərindən birbaşa reys vasitəsilə yola salınıblar.

Eyni zamanda qeyd olunub ki, təyyarədə azərbaycanəsilli İsrail vətəndaşları da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR