Məhv edilmiş silahlıların üzərindən çıxanlar heyrətə gətirdi

İsrailə hücum edən HƏMAS silahlılarının üzərində şəhərlər və hərbi obyektlər barədə ətraflı məlumatların olduğu xəritələr olub.

Metbuat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib. Bildirib ki, məhv edilən silahlıların üzərindəki sənədlərə görə, HƏMAS İsrail zirehli texnikasının zəif yerləri haqqında ətraflı məlumatlar əldə edib. Qeyd edilir ki, silahlıların üzərindəki sənədlər hücumun yüksək səviyyədə planlaşdırıldığını və HƏMAS-ın ciddi kəşfiyyat məlumatlarına sahib olduğunu ortaya qoyur.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. “Həmas”ın İsrailə və İsrailin cavab əməliyyatları nəticəsində yüzlərlə insan həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR