Şəhidin 3 yaşlı bacısı qızı faciəvi şəkildə öldü - FOTO

Şabran rayonunun Çayqaraqaşlı kəndində bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdulova Xədicə İsmət qızı kənd ərazisindən keçən su kanalına düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, X.Abdulova 2021-ci ildə şəhid olmuş Dövlət Sərhəd Xidmətinin kiçik giziri Fərid Alimovun bacısı qızıdır. O, Cəlilabad istiqamətində sərhəd pozucularının qarşısını alarkən aldığı güllə yarasından şəhid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR