Bu futbolçular mərc oyunlarında iştirak edirmiş - SİYAHI

İtaliyalı jurnalist Fabrizio Korona mərc oyunlarında iştirak edən bütün oyunçuların siyahısını dərc edib.

Metbuat.az xəbər verir ki, siyahıya daxildir:

Nikolo Faqioli, Federiko Qatti (hər ikisi “Yuventus”), Nikolo Zaniolo (“Aston Villa”), Sandro Tonali (“Nyukasl”), Alessandro Florenzi (“Milan”), Nikola Zalevski, Canluka Mançini, Feliks Ofena-Qyan (hamısı “Roma”), Mattia Zakkani, Manuel Lazzari, Nikolo Rovella, Luka Pelleqrini (hamısı “Latsio”), Domeniko Berardi (“Sassuolo”), Nikolo Barella, Davide Frattesi (hər ikisi “İnter”), Luka Zanimakcia (“Kremoneze”) və Antonio Qalo (“Leççe”).

Xatırladaq ki, daha əvvəl mətbuatda Tonali və Zaniolonun qanunsuz mərc etməkdə ittiham oluna biləcəyi barədə məlumat yayılmışdı. Xüsusilə, “Kroun”da bu futbolçuların həqiqətən mərc etdiklərini sübut edən məlumatlar olduğu və artıq hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR