"Rəqibə şans verməməyə çalışacağıq" - Emin Mahmudov

"Bizi iddialı komandaya qarşı çətin oyun gözləyir. Meydanda rəqibə şans verməməyə çalışacağıq".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov “Avro 2024”ün seçmə mərhələsində evdə Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi əsas məqsədin qələbə qazanmaq olduğunu bildirərək qeyd edib: “Avstriya güclü rəqibdir. Onlar intensiv futbol oynayırlar. Biz də öz növbəmizdə yaxşı nəticələrin davamını gətirmək istəyirik. Çox sıx oynamaqla bir-birimizə yaxın olmalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Çalışmalıyıq ki, arxada top itirməyək. Sabah yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR