Hacı Məmmədov: "Süleyman müəllim dedi ki, Gəncəyə ancaq mənim meyitimin üstündən keçə bilərsiniz"

Hacı Məmmədov: "Süleyman müəllim dedi ki, Gəncəyə ancaq mənim meyitimin üstündən keçə bilərsiniz"
16:42 19 Yanvar 2015
138 Sosial
Ölkə mətbuatı
A- A+

20 Yanvar dəhşətindən artıq 25 il ötür. Bu vəhşilik Bakıda törədilsə də, hadisələrin cərəyanı Gəncədən də təsirsiz ötüşməyib. 1990-cı il hadisələrinin Gəncə dövrünün canlı şahidlərindən olan 80 yaşlı Hacı Məmmədov öz gördüklərini bizimlə bölüşəcək...

Kəpəz TV (Region TV) xəbər verir ki, Hacı Məmmədov həmin tarixi dövrdə Gəncədə Müdafiə Komitəsinin sədri vəzifəsində çalışıb. Onun sözlərinə görə, hadisələr cərəyan edən vaxt o, Xalq Cəbhəsinin qərərgahında olub. O zaman qərargaha rus qoşunlarının Bakıya daxil olması və növbəti hədəfin Gəncə ola bilməsi haqda məlumat daxil olur. Həmin dönəmdə Gəncədə ruslar çox yaşadığından gəncəlilərin onlara qarşı çıxa bilməsini ehtimal edən Müdafiə Komitəsi əmr verir ki, heç kəs ruslara toxunmasın.

Hacı Məmmədov: “Süleyman Məmmədovun köməkliyi ilə rus qoşunlarının komandanı ilə əlaqə saxladıq. Süleyman müəllim komandanın qarşısında Cavad xanın sözlərini dedi: "Siz Gəncəyə mənim meyitimin üstündən keçə bilərsiniz". Doğrudan da, qoşun yeridilmədi. Lakin səhəri gün bizə zəng gəldi ki, tanklar 38-ci hərbi hissənin qarşısında dayanıblar”.

Gəncəlilərin hərbi hissənin qarşısında müqavimət göstərməsi, eyni vaxtda rus qoşunlarının komandanı ilə aparılan danışıqlar, baş verən faciənin Gəncədən yan keçməsinə səbəb olur.
Hacı Məmmədov: “20 Yanvar yaddaşlardan silinməyəcək. Xalq həmişə onu yad edəcək. Artıq Şəhidlər xiyabanı bir ziyarətgaha çevrilib. Lakin təbliğat və təşviqat beynəlxalq səviyyədə gücləndirilməlidir ki, doğurdan da qırğının baş vermə səbəblərini, o səbəbləri yaradanları dünyaya tanıdaq”.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR