ABŞ-də fələstinli ailəyə hücum edildi - 6 yaşlı uşaq öldü

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo əyalətində fələstinli ailəyə hücum edilib, 6 yaşlı uşaq ölüb.

Metbuat.az xəbər verir ki, 71 yaşlı şəxs ana və övladının evinə bıçaqla hücum edib. Nəticədə 26 bıçaq zərbəsi alan 6 yaşlı uşaq vəfat edib.

Səlahiyyətli qurumlar hadisəyə səbəb kimi qətli törədən şəxsin İsrail-Fələstin münaqişəsinin təsiri altında olduğunu bildirib.

Hücumla bağlı ABŞ prezidenti Co Bayden də açıqlama verib. O, müsəlman uşağının öldürülməsini “dəhşətli nifrət aktı” adlandırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR