Ukrayna - Azərbaycan oyununun keçiriləcəyi yer açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunun stadionu bəlli olub.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda olacaq.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR