Rəisi Ərdoğandan sonra Putinlə də danışdı

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd edilib ki, Vladimir Putin və İbrahim Rəisi telefon danışığında İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.

Eyni zamanda, Putin və Rəisinin Cənubi Qafqazdakı dəyişiklikləri müzakirə etdikləri də bildirilib.

Xatırladaq ki, bundan öncə Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefonda danışığında İsrail-Fələstin münaqişəsini müzakirə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR