Avropa Parlamentinin üzvlərini daşıyan qatar ünvanı səhv saldı

Belçikanın paytaxtı Brüsseldən yola düşən və Avropa Parlamentinin üzvlərini daşıyan sürətli qatar səhvən Fransanın Strasburq şəhərinə deyil, Disneyland Paris əyləncə parkına gəlib.

Metbuat.az xəbər verir ki, qatar Fransanın Ruasi-Şarl-de-Qol stansiyasına çatanda yanlış yola yönəldilib. BFMTV kanalının xəbərinə görə, qatar Avropa Parlamentinin deputatlarını səhvən Strasburqa deyil, 400 kilometr uzaqlıqdakı Disneylend Parisə aparıb. Fransanın SNCF dəmir yolu şirkətinin məlumatına görə, deputatları daşıyan qatar 45 dəqiqə gecikmə ilə Strasburqa gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR