Xaçatryan işgəncə verdiyi şəxsi tanıdı - VİDEO

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə bu gün keçirilən məhkəmənin növbəti iclasında maraqlı anlar yaşanıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasın başlamasından əvvəl zərərçəkmiş şəxslərdən olan İbrahim Nurməmmədov Vaqif Xaçatryana yaxınlaşıb.

Bu zaman onların arasında kiçik dialoq olub və V.Xaçatryan 31 il əvvəl işgəncə verdiyi şəxsi tanıdığını bildirib.

Qeyd edək ki, zərərçəkmiş İ.Nurməmmədov Meşəli hadisələri zamanı güllə yarası alıb.

Xatırladaq ki, ötən məhkəmədə də Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı