Noyabrın AŞİQ BÜRCLƏRİ: Həm eşqdə, həm işdə şans gözləyir

Astroloqlar 3 bürc üçün romantika, ehtiras və sevgi dolu bir ayın müjdəsini veriblər.

Metbuat.az-ın məlumatına görə, noyabr ayı Əqrəb, Oxatan, Qoç bürcü üçün olduqca məhsuldar keçəcək.

Ehtirasları ilə tanınan əqrəblər qarşıdan gələn ayda yeni münasibətlərə başlayacaqlar. Ümumiyyətlə, noyabrda Əqrəb bürcündə doğulanlar uzun müddətdir axtardığı həyəcanı yaşadacaq tərəfdaşı tapacaqlar. Astroloqlar məsləhət bilir ki, yaxşı olardı münasibətlərini qorumaq naminə lazımsız qısqanclıqdan çəkinsinlər.

Gələn ay Oxatanları həm karyerada, həm də sevgidə xoşbəxtlik gözləyir. Peşəkar həyatlarında göstərdikləri performans nəticəsində maddi vəziyyətlərinin dəyişməsi münasibətlərinə müsbət təsir göstərə bilər.

Qoçlar axtardıqları sevgini noyabrda tapacaqlar. Digər tərəfdən astroloqlar vurğulayır ki, Qoçlar maddi cəhətdən şanslı ola biləcəkləri yeni bir dövrə daxil olacaqlar. Payızın son ayı onlara həm eşq, həm pul gətirəcək.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR