İsraildən Azərbaycana aviareyslər bu tarixdə həyata keçiriləcək

İsraildən Azərbaycana həyata keçiriləcək aviareyslərin tarixi məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, "Israir Airlines" tərəfindən 20, 23, 25, 30 oktyabr tarixlərində 17:45-də Təl-Əviv - Bakı istiqamətində olan uçuşlar üzrə biletlərin satışı elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR