Sülhməramlılar bayraqlarını endirib postu tərk etdi - VİDEO

Rusiya sülhməramlılarının Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində quraşdırılan postu ləğv edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı görüntülər Teleqram kanallarında yayılıb.

Videoda Rusiya bayrağının sülhməramlılar tərəfindən endirildiyi əks olunub.

Qeyd edək ki, 12 dekabr 2022-ci ildə başlayan və aprelin 28-nə qədər davam edən ekofəalların aksiyası bu postun önündə keçirilirdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı