Fələstində matəm elan olundu

Xəbər verdiyimiz kimi, ötən gün Qəzzada xəstəxanaya raket hücumu olub.

Metbuat.az xəbər verir ki, nəticədə ölən və yaralananların sayı 800-ü keçib.

"Al-Arabiya" televiziyasının məlumatına görə, hücum nəticəsində azı 500 nəfər ölüb.

Baş vermiş hadisə ilə bağlı Fələstində 3 günlük matəm elan edilib.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi Qəzzada xəstəxananın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıdığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR