Qəzzada xəstəxananı kim vurub? - Görüntülər yayıldı

İsrail Qəzza zolağında xəstəxananı vurması barədə xəbərləri təkzib edib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri "X" hesablarında məlumat və peyk görüntüləri yayıb.

Qeyd edilib ki, aviasiya bombası və ya raketlə havadan zərbə endirilən zaman sursatın düşdüyü ərazidə 7-19 metr diametrdə krater əmələ gəlir. Videoda xəstəxananın vurulmasından əvvəl və sonrakı görüntülər öz əksini tapıb, ərazidə aviazərbə nəticəsində kraterin yaranmadığı göstərilib.

Qeyd edək ki, Qəzzada xəstəxananın vurulması nəticəsində azı 800 nəfər həlak olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR