Türkiyə ilə təlimlərə hazırlaşan Ordumuzdan nida işarəsi mesajı - FOTO

Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimlər Azərbaycanda keçiriləcək.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, artıq Türkiyə ilə birgə taktiki təlimə hazırlıq məşqləri keçirilir.

Təlimdə iştirak edəcək Azərbaycan zirehli texnikaları üzərindəki nida işarəsi (!) ilə diqqət çəkib.

Durğu işarəsinin mütləq mənası açıqlanmasa da, bunun ölkə liderinin bir müddət öncə səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" sözünün qüvvəti olduğunu yəqin etmək olar. Bunu həm də birgə təlimdə qardaşlıq simvolu kimi qiymətləndirə bilərik.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR