Hizbullah müharibəyə hazırlaşır

HƏMAS-ın Beyrutdakı Siyasi Bürosunun rəhbəri Əhməd Əbdülhadi ikinci cəbhə ehtimalını gündəmə gətirib və Hizbullahın müharibəyə hazırlaşdığını bildirib.

Metbuat.az xəbər verir ki, “Politico”da Əhməd Əbdülhadi ilə müsahibə dərc olunub. O bəyan edib ki, HƏMAS İsrailə qarşı hücumlar barədə müttəfiqi Hizbullaha əvvəlcədən heç bir xəbərdarlıq etməyib. Buna baxmayaraq, Əbdülhadi Həmas ilə Hizbullah arasında daimi əməkdaşlıq olduğunu bildirərək, Hizbullahın şimalda İsrailə qarşı müharibəyə hazırlaşdığını irəli sürüb.

“Bizim Hizbullahla çox güclü əlaqələrimiz var. Biz İsrailə hücumdan əvvəl və sonra Hizbullahla əməkdaşlıq edirdik, indi də tam əməkdaşlıq edirik.Hizbullah müharibəyə girməmək təhdidlərinə əhəmiyyət verməyəcək. O, müharibədən kənarda qalmaq üçün edilən xəbərdarlıqlara məhəl qoymayacaq. Hizbullahın müharibəyə girib-girməməsi İsrailin qurudan Qəzzaya girmək cəhdindən asılı olacaq” - Əhməd Əbdülhadi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR