Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan şahmat millisinin Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Metbuat.az-ın Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.

Kişilərin qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli mübarizə aparacaqlar. Qədir Hüseynov millinin kapitanı olacaq.

Qadın şahmatçılardan ibarət heyətə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb olunublar. Mixail Şereşevski ilə Yevgeni Tomaşevski kapitan qismində səfərə gedəcəklər.

Qeyd edək ki, Avropa çempionatı 10-21 noyabr tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR