Qayınata gəlinini öldürdükdən sonra intihara cəhd edib / YENİLƏNİB

Bakının Xəzər rayonunda qayınata gəlinini ov tüfəngi ilə güllələməsi ilə bağlı cinayət işi başlanılıb.

Xəzər rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.


09:38

Bakının Xəzər rayonunda qayınata gəlinini ov tüfəngi ilə güllələyərək öldürüb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinir.

Araşdırma aparılır.

Əlavə məlumat veriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR