​"Qalatasaray"dan Ronaldoya təklif - Dərhal cavab verdi

"Qalatasaray" Kriştiano Ronaldonu transfer etmək üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Qalatasaray" klubunun nümayəndəsi Erden Timur açıqlama verib. O bildirib ki, klub Kriştiano Ronaldonun "Qalatasaray"a transferi üçün səy göstərib. Lakin portuqaliyalı ulduz Türkiyəyə gəlmək istəməyib. “Ronaldoya mesaj göndərdik və cavab belə oldu ki, o, belə bir şey düşünmür” deyən Erden Timur futbolçuya təklif edilən məvacibi açıqlamayıb.

“Bura, 80 milyon əhalisi olan bir ölkədir. Ronaldo burada çoxlu gəlir əldə edə bilərdi. Onu razı sala biləcəyimizi düşündük, amma alınmadı” - Erden Timur deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR