Lavrov Kim Çen Inla görüşdü

Pxenyanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Açıqlamaya görə, Lavrov Rusiya ilə Şimali Koreya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünü qeyd etmək üçün paytaxt Pxenyana rəsmi səfər edib. Kim çen Inla görüş 1 saatdan çox davam edib. Lavrov Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui ilə də görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı cari məsələlər, o cümlədən siyasi təmasların qrafiki ətraflı müzakirə olunub. Görüşdə Rusiya və Şimali Koreya liderlərinin əldə etdiyi razılaşmaların hərtərəfli həyata keçirilməsinə və praktiki sahələrdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə xüsusi diqqət yetirilib.

Görüşdə Koreya yarımadası və Şimal-Şərqi Asiyadakı vəziyyətlə bağlı məsələlər müzakirə olunub.Hər iki nazir Asiya-Sakit Okean regionunda vəziyyətin gərginləşməsinə səbəb olan ABŞ-ın hegemon ambisiyalarına müqavimət göstərmək əzmində olduqlarını vurğulayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR