​Azərbaycanın metallurgiya sənayesində vəziyyət necədir?

Sənayenin əsas dayağı olan metallurgiyanın inkişafı üçün son dövrlərdə yaxşı imkanlar yaradılıb.

Metbuat.az xəbər verir ki, özəl sektorda ilk metallurgiya müəssisəsinin – “Baku Steel Company”nin əsasının qoyulması təşəbbüsündən sonra Azərbaycan 2000-ci ildə armatur və digər inşaat məhsulları istehsalı üzrə Zaqafqaziyadakı ən böyük metallurgiya zavodu istifadəyə verildi.

Hazırda zavod dupleksproseslə metallurgiya tullantılarının təkrar emalı texnologiyası üzrə işləyir. Metalın əridilməsi Almaniya istehsalı olan 50-60 tonluq elektrik peçlərdən davamlı tökmə ilə həyata keçirilir.

Bundan başqa Gəncədə və Sumqayıtda ən müxtəlif yüksək keyfiyyətli məhsullar istehsal edən alüminium zavodları uğurla fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkında yüksək keyfiyyətli metallurgiya məhsulları istehsal edən bir neçə zavod inşa edilib.

Sumqayıt Texnologiya Parkı yüksək gərginlikli kabellər ixrac edəcək -  Unikal.az

Hazırda dəmir filizinin hasilatının keyfiyyət və kəmiyyət parametrlərinin yüksəldilməsi diqqət mərkəzindədir. Metallurgiya sahəsində aparılan ardıcıl siyasəti yerinə yetirmək üçün Azərbaycan kifayət qədər xammal, avadanlıq və elmi mühəndis kadr potensialına malikdir.

Daşkəsəndə dəmir, Filizçay, Katex, Kasdağ, Mehmanlı, Naxçıvanda əlvan metal-alüminium, kobalt, mis, sink, qurğuşun, Daşsalahlıda - filiz sayılmayan bentonit gili yataqlarının olması, Azərbaycanın metallurgiya potensialının böyük bir hissəsi kimi dəyərləndirilir.

Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatı deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur.

Bütövlükdə, neftdənkənar iqtisadiyyatın davamlı inkişafını hədəfləyən respublikamızda qeyri-neft sənayesinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi xüsusilə diqqət çəkir.

Azərbaycan dövləti qeyri-neft sənayesinin ayrı-ayrı perspektivli sahələrinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir. Dağ-mədən sənayesi də bu sırada yer alır. Bu sahədə potensial kifayət qədər böyükdür.

Azərbaycanın metallurgiya sənayesində istehsal 8% artıb - CƏDVƏL

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 32 824,54 min ABŞ dolları dəyərində 33 687,28 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.

Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 31,9%, həcmi isə 36,2% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 2,76% təşkil edib. 2023-cü ilin yanvar-avqust aylarında 563,8 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 703,2 milyon dollar olub.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 86 293.52 min ABŞ dolları dəyərində 91 102.11 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib. 2022-ci ildə Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb. Ötün il qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 50,2 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % az sənaye məhsulu istehsal edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR