Nənə nəvəsi və iki bacısı ilə eyni universitetdə təhsil alır - FOTO

Alanya Alaaddin Keykubat Universitetində eyni ailənin 4 üzvünün təhsil alması diqqət çəkib.

Metbuat.az xəbər verir ki, 66 yaşlı Seher Aşçı və onun iki bacısından sonra 18 yaşlı nəvəsi İpek Simay Yıldız da eyni universitetə qəbul alıb. İpek Simay Yıldız musiqi təhsili üzrə oxuyur.

İpek Simay Yıldız universitetdə keçirilən istedad imtahanında iştirak edərək, musiqi təhsili şöbəsini qəbul alıb. O, nənəsi ilə eyni universitetdə oxumağa başlayıb. Müxtəlif fakültələrdə təhsil alan nənə və nəvə dərs arası universitetdə birlikdə vaxt keçirirlər.

Nənəsi ilə eyni universitetə getməyin təsadüf olduğunu və onun üçün xoş hiss olduğunu deyən İpek Simay Yıldız nənəsi ilə fəxr etdiyini bildirib.

Yıldız, “Nənəmlə eyni universitetdə oxumaq gözəl hissdir. Bu il verdiyim istedad imtahanı ilə məktəbə daxil oldum. Nənəmlə eyni universitetdə oxumaq mənim üçün təsadüf və şans idi” deyə bildirib.

Seher Aşçı iki bacısı ilə eyni sinifdə oxuyur. Seher Aşçının bacısı Sevim Berenin 70, digər bacısı Emine Sayğının isə 60 yaşı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR