Fulya Öztürk təhdid olunur: "Zəng edib dedi ki..." - VİDEO

"CNN Türk"ün jurnalisti Fulya Öztürk təhdid olunur.

Metbuat.az "CNN Türk"ə istinadən xəbər verir ki, hazırda İsrail-Fələstin arasında münaqişə səbəbindən əraziyə ezam olunan jurnalist naməlum nömrədən təhdid edilib.

"Zəng edib "İsraildəsən? Özünə yaxşı bax" dedilər. Şəkillərimi "Telegram" səhifələrində paylaşırlar. Bu nə deməkdir?", - deyə jurnalist "X"də paylaşım edib.

Canlı yayım zamanı da Öztürkün bu paylaşımı səsləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR