Keçmiş baş nazir dördillik siyasi sürgündən sonra ölkəsinə qayıdır

Pakistanın keçmiş baş naziri Navaz Şərif dördillik siyasi sürgündən sonra ölkəyə qayıdır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Londonda dördillik mühacirət həyatına son qoyub və yanvarda keçiriləcək parlament seçkisi ərəfəsində seçicilərin dəstəyini qazanmaq üçün Dubaydan xüsusi təyyarə ilə ölkəyə qayıdır.

Qeyd edək ki, Navaz Şərif istefa verdikdən iki il sonra, yəni 2019-cu ildə rüşvət ittihamı ilə məhkum olunduqdan sonra Pakistanı tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR