Azərbaycan akrobatları üç medal qazanıblar - FOTO

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında 2 qızıl medal qazanıb

Metbuat.az xəbər verir ki, idmançılar çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Avropa çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qitə birinciliyində gümüş medala yiyələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR