Hərbi Qənimətlər Parkına yeni qənimət gətirildi - FOTO

Bakıdakı Hərbi Qənimətlər Parkına yeni hərbi texnika gətirilib.

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu günlərdə Hərbi Qənimətlər Parkına yeni BMP (piyadaların döyüş maşını) daxil olub.

Bu texnika Azərbaycan Ordusu tərəfindən sentyabrın 19-da keçirilən və bir sutkaya yaxın davam edən antiterror tədbirləri nəticəsində ələ keçirilib.

Xatırladaq ki, antiterror tədbirlərindən sonra Hərbi Qənimətlər Parkına “T-72” tankı gətirilmişdi. BMP isə Hərbi Qənimətlər Parkına gətirilmiş sayca ikinci hərbi texnikadır.

Hazırda həmin texnikalar Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR