23 saniyəyə tarixə düşdü - VİDEO

İspaniya La Liqasında “Barselona”- "Atletik Bilbao"nu qəbul edib.

Metbuat.az xəbər verir ki, oyun "Barselona"nın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 80-ci dəqiqədə 17 yaşlı futbolçu Mark Qiyu qeyd edib. Futbolçu oyuna çıxandan 23 saniyə sonra qapıya yol tapıb. O həm də klub tarixinə düşüb.

17 yaş 291 günündə fərqlənən Qiyu XXI əsrdə La Liqada “Barselona”nın heyətində debüt matçında qol vuran ən gənc oyunçu kimi tarixə düşüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR