200 milyon avro ilə gəldilər - "Real" razılıq verə bilər

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Real Madrid”ə fantastik təklif göndərib.

Metbuat.az xəbər verir ki, ərəblər Vinisius Junior üçün 200 milyon avro təklif ediblər. “Əl-Əhli” klubunun rəhbərliyi hesab edir ki, “Real” bu təklifə razılıq verə bilər.

Qeyd edək ki, Vinisius Junior “Real Madrid”lə müqaviləsini hələlik uzatmayıb. Xarici KİV-lərin iddiasına görə, Vinisius Junior Kilian Mbappenin kluba gəlişinə qarşıdır. Vinisius Junior hesab edir ki, Mbappenin transferi onun klubdakı əsas fiqur olmasına mane olacaq. Vinisius Mbappenin “Real”a gəlişi ilə özünün “Qızıl top” mükafatına sahib olma şansının azalacağını hesab edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR