Gəncədə sərnişin avtobusu aşdı - Yaralılar var / FOTO

Gəncədə yol qəzası baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xan bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunduğu, işlərin yarımçıq saxlanıldığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR