Bakıda ən bahalı torpaq sahəsi buradadır - QİYMƏTLƏR

Bakıda ən bahalı torpaq sahələri olan rayonların adı açıqlanıb.

Bu barədə Metbuat.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, hazırda ən bahalı torpaq sahəsi Nərimanov rayonu ərazisindədir:

“Nərimanov rayonunda bir neçə ərazi var ki, orada torpaqların qiyməti fantastik qiymətə təklif edilir. Fərdi yaşayış evlərinin qiymətinə gəldikdə isə Məmməd Araz küçəsi, yəni keçmiş "Milyonerlər məhəlləsi" ərazisini misal göstərə bilərik. Bu ərazilərdə qeyri-yaşayış obyektlərinin qiymətinə gəldikdə isə olduqca baha qiymətə olanlar Əhməd Rəcəbli, Ağa Nemətulla küçələrində yerləşənləri deyə bilərik. Adı sadalanan ərazilərdə torpağın 1 kv. metri 800 manatdan 6500 manat arasında satılır. Üzərindəki əmlakla birlikdə 80 000 manatdan 650 000 manat arasında təklif olunur".

Elnur Fərzəliyev onu da qeyd etdi ki, Nərimanov rayonundan başqa Səbail və Nəsimi rayonlarının mərkəz hissələrində də torpaq sahələrinin qiyməti bahadır və demək olarkı orada boş torpaq sahəsi yoxdur.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR