"Barselona" və "Real"ın ikinci Arda savaşı: Yeni Mbappe səs saldı - FOTO

Fransa futbolunun son dövrlərin ən diqqət çəkən gənc istedadlarından olan Junior Kroupi böyük klubların diqqətini cəlb edib.

Metbuat.az xəbər verir ki, futbolçunu transfer etmək üçün “Real Madrid” və “Barselona” klubları da maraqlanır. “Real Madrid “və “Barselona”nın Arda Gülerdən sonra Junior Kroupi üçün üz-üzə gəldiyi iddia edilib. Fransanın “Foot01” qəzetinin məlumatına görə, “Lorient”də oynayan və Kilian Mbappe ilə müqayisə edilən Eli Junior Kroupi uğurlu oyunu ilə diqqət çəkir.

17 yaşlı yarımüdəfiəçi Liqa 1 kimi çətin liqada üç qol və iki məhsuldar ötürmə ilə diqqət çəkməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR